İŞİD bayrağı Türkiyə sərhədinə yaxınlaşdı

İŞİD bayrağı Türkiyə sərhədinə yaxınlaşdı

İŞİD terror birləşməsi Türkiyənin Suriya ilə sərhəd bölgəsi olan Şanlıurfa ərazisinə yaxınlaşıb

 

Musavat.com-un verdiyi məlumata görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Raqqa kəndinə bağlı olan Təl Abyad və Aynel Ərəb bölgəsi arasında yerləşən İŞİD birləşmələri ilə Demokratik Birlik Partiyası (DBP) tərəfdarları arasında güclü atışmaların getdiyi bildirilir.

Yerli əhalinin verdiyi məlumata görə, çoxlu sayda suriyalının Türkiyə ərazisinə keçdiyi Oylum Məhəlləsində İŞİD bayraqları asılıb və həmin ərazidə zaman-zaman silah səsləri eşidilir.

Aşağı Oylum Məhəlləsinin bələdiyyə sədri Hüseyn Gündoğdu verdiyi açıqlamada 3 gün öncə İŞİD militanlarının xalqı ətaşə tutaraq Türkiyə ərazisinə qaçmasına səbəb olduğunu və bir gün sonra öz bayraqlarını bu ərazidən asdığını təsdiq edib.

COMMENTS