İŞİD bu ölkəyə elə bir zərbə vurdu ki…

İŞİD bu ölkəyə elə bir zərbə vurdu ki…

Şri-Lankada Pasxa bayramı günü teraktın baş verməsi turist axınına kəskin şəkildə təsir göstərib.

Axar.az xəbər verir ki, ölkənin turizm idarəsinin yaydığı məlumata əsasən, turistlərin sayında 57 faiz azalma müşahidə edilib.

Ötən ilin iyun ayında Şri-Lankanı 146 min 828 turist ziyarət etmişdisə, bu il bu rəqəm 63 min 72-yə enib.

Qeyd edək ki, aprelin 21-i Pasxa bayramında Şri Lankada silsilə terror aktları törədilmişdi. Kolombo, Neqombo və Battikaloa şəhərlərində baş verən partlayışlar nəticəsində 250 nəfər həlak olmuşdu. Teraktın məsuliyyətini İŞİD üzərinə götürmüşdü.

DOSYE.ORG

COMMENTS