İŞİD cəbhəsi genişlənir

Nigeriyada terror aktları törədən “Boko Haram” qruplaşması İŞİD-ə tabe olduğunu açıqlayıb.

ANS PRESS-in məlumatına görə, “Boko Haram” terror qruplaşmasının silahlıları İŞİD-ə qatılmaqları barədə audio-yazı yayımlayıblar. Təşkilatın rəsmi tvitter səhifəsindən yayımlanan məzmunla bağlı hələlik bir açıqlama verilməyib.

2009-cu ildən bəri Nigeriyada müxtəlif terror hadisələri həyata keçirən qruplaşma yüzlərlə günahsız insanın ölümündə təqsirkardır. Niyətlərinin isə əslində bölgədə islam dövləti qurmaq olduğunu iddia edirlər.

Qeyd edək ki, ötən ilin noyabrında Misir, Liviya, Yəmən, Səudiyyə Ərəbistanı və Əlcəzairdəki “cihadçı” qruplar da İŞİD-ə bağlılığını elan etmiş, İŞİD lideri əl-Bağdadi isə onların tabeçiliyini xoş qarşılamışdı.

Bundan başqa, yanvar ayında da Əfqanıstan və Pakistandakı radikal qruplar İŞİD-ə tabe olduqlarını bəyan ediblər.

COMMENTS