İŞİD-çilər Avropaya yerləşir

İŞİD-çilər Avropaya yerləşir

İŞİD terror qruplaşmasının silahlıları Avropaya qaçqın adı ilə gedirlər. ANS PRESS-in məlumatına görə, Liviya hökumətinin nümayəndəsi BBC-yə müsahibəsində bu açıqlamanı verib.

Dövlət müşaviri Abdul Basit Harun söyləyib ki, qaçaqmalçılar silahlıları qeyri-leqal mühacir daşıyan gəmilərdə gizlədirlər. Məmurun sözlərinə görə, o, bunu jihadçıların nəzarət etdiyi Şimali Afrika bölgələrində qayıq sahibləri ilə söhbətdən bilib.

“İŞİD öz adamlarını Avropaya göndərmək üçün katerlərdən istifadə edir. Avropa polisi terrorçuları adi qaçqınlardan ayırmaq iqtidarında deyil. Cihadçılar Avropaya keçmiş silahlıları gələcəkdə terror hücumları təşkil etmək üçün istifadə etmək niyyətindədir” – deyə, o bildirib.

Terrorçuların Avropada qaçqın adı ilə məskunlaşması ehrimalını bundan əvvəl Avropa Birliyinin Xarici Sərhədlərin Təhlükəsizliyi Agentliyi (Frontex) irəli sürmüşdü.

Avropa Komissiyası mühacirlərlə bağlı böhranın həlli üzrə yeni layihə təqdim edib. Layihədə ən çox mübahisə doğuran müddəa qeyri-leqalların milli kvotalar sistemi üzrə qəbul etmək planı olub. Bu, 50 min avro sərf ediləcək plan çərçivəsində gələn iki il ərzində Avropa ölkələrində 20 minə qədər qaçqın qəbul etmək nəzərdə tutulur.

BMT-nin məlumatına görə, bu il 60 minə yaxın adam Aralıq dənizini kəsib keçməyə cəhd edib. Təxminlərə görə, 1600 nəfər yolda ölüb. Bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 20 qat artıqdır.

COMMENTS