İŞİD-dən çağırış: “Başını daşla əzin, bıçaqlayın, boğun, zəhərləyin”

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ABŞ və Fransa ordusunun İraqda başlatdığı hava əməliyyatına cavab olaraq yaraqlılarına başda ABŞ və Fransa olmaqla koalisiyaya qatılan bütün ölkələrə qarşılıq vermək çağırışı edib.

 

Çağırış Fransa mətbuatında təşviş yaradıb. Fransa daxili işlər naziri Bernard Cazeneuve deyib: “Bu, ilk terrorçu təhdidi deyil. Fransa qorxmur. Heç vaxt sıfır risk yoxdur. Ancaq yenə də biz bütün tədbirləri görmüşük”.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, ilk dəfə rəsmi olaraq İŞİD sözçüsü Əbu Məhəmməd Əl-Adnaninin vasitəsi ilə yayımlanan səsli mesajda “fərdi cihad çağışırı” edən İŞİD “edə biləcəyiniz ən yaxşı şey bütün fransız, amerikalı və onlarla müttəfiq olan kafirləri öldürməkdir. Əgər öldürəcək silah, ya da bomba tapa bilməsəniz, o zaman amerikalı, fransız, avstraliyalı, kanadalı ya da digər müttəfiqlərdən olan kafirləri yaxalayın, daşla başını əzin, bıçaqla öldürün, maşınınızla üstündən keçin, boşluğa atın, boğun, ya da zəhərləyin” deyə açıqlama verib.
Bu mesaj cihadçı izləyicilərin toplaşdığı internet saytında yayımlandıqdan sonra Fransada böyük narahatlığa səbəb olub.

Media xəbəri birinci verib. Fransız polisi də cihadçı terror təhlükəsinə qarşı təhlükəsizliyi gücləndirilmiş iş rejimi ilə təmin edir.
Fransa daxili işlər naziri Cazeneuve İŞİD-in fərdi cihad çağırışının ölkə mediasında yaratdığı təşviş səbəbindən mətbuat konfransı keçirmək məcburiyyətində qalıb.

Cazeneuve deyib: “Humanist, insan hüquqlarına söykənən, sekulyar sistemə sahib olan Fransa terror təşkilatının hədəfidir. Bu, birinci terror təhdidi deyil. Sonuncu da olmayacaq. Fransa bu cür təhdidlərə qarşı həmişə tədbirlər görüb. Bütün vətəndaşlarımız rahat olsunlar. Fransız polisi təhlükəsizliyi təmin edəcək”.

Cazeneuve bütün tədbirlərə rəğmən, sıfır risk olmadığını birdirərək, “bütün tədbirlərimiz yüksək səviyyədədir. Ölkəmizdə bu təşkilata qatılmaq istəyən 120 nəfəri həbs elədik, 74-ü haqqında istintaq işi açılıb. Parlamentdə yeni qəbul edilən terrorla mübarizə qanunu hüquq mühafizə orqanlarını daha da gücləndirib. “Sıfır risk var” demirəm. Amma 100 faizlik tədbir almışıq. Bütün təhdidlər boşa gedəcək” deyə qeyd edib.

COMMENTS