İŞİD Doktor Xəlili ələ keçirdi

Suriyanın şimalında PKK-nın önəmli simalarından biri ələ keçib.

“İslam Dövləti”nin yol idarə birlikləri PKK-nın məşhur simalarından olan “Doktor Xəlil” ləqəbli terrorçunu ələ keçirib.

Mərkəz yollarda aparılan şəxsiyyət yoxlanışı zamanı şübhəli hərəkətləri ilə diqqət çəkən və nəzarətə götürülən 2 şəxsin PKK-çı olduğu məlum olub.

Rakkadakı türk qrup rəhbərlərindən Məhəmməd Sələf adlı döyüşçü keçən aylarda PKK-ya əsir düşən qardaşı İbrahim Et Türkü ilə Doktor Xəlilin dəyişdirilə biləcəyini bildirib.(Axar.az)

COMMENTS