İŞİD dünyanı şoka saldı

“İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı nəzarət etdiyi, “İslam Xilafəti” qurduğunu iddia etdiyi ərazilərdə yaşamla bağlı yeni qaydalar toplusu və qanunları açıqlayıb.

Milli.Az Al Arabia-ya istinadən bildirir ki, həmin qanunlarda 9 yaşda qızla evlənməyə, habelə yetkinlik yaşına çatmamış qızları kəniz və cariyə kimi saxlamağa icazə verilir.

Suriyanın Rəqqa şəhərində, İŞİD-in inzibati mərkəzi olan məkanda evlərin divarlarına yeni qaydalarla bağlı plakatlar yapışdırılıb.

Plakatlarda yazılıb: “Şəhər sakinləri və ümumiyyətlə, hər bir müsəlman qızını cihad edən mücahidə verməkdən boyun qaçırmamalıdır. Mücahidlər bu qızlardan istifadə etmək hüquqlarına malikdirlər. Mücahidin istədiyi təqdirdə qızını ona istifadə üçün verməyən adamı Şəriətə uyğun cəza gözləyir”.
Yeni qanunlarda İŞİD mənsublarına 9 yaşına çatmamış qızla kəbin kəsmək, habelə “ürəyi istədiyi sayda” yetkinlik yaşına çatmamış kəniz və cariyə saxlamağa icazə verilir.
İraqın Mosul şəhərində də yeni qaydalarla bağlı elanlar var. Şəhər sakinlərinin dediklərinə görə, İŞİD terrorçuları evlərə soxulur, bakirə və yeniyetmə qızlar axtarırlar.

COMMENTS