İraqda İŞİD işğalı altında olan Səlahəddin və Diyalənin bəzi bölgələrini azad edən ordu qüvvələri irəliləməkdə davam edir.
Axar.az xəbər verir ki, xüsusən paytaxt Bağdadın şimal-şərqində yerləşən Diyalənin Mansuriyə bölgəsində İŞİD-ə ağır zərbələr endirən təhlükəsizlik qüvvələri Mikdadiyə, Çomani və Sdur kimi bölgələri İŞİD-dən azad edib.
Əməliyyatlar zamanı 25 terrorçunun öldürüldüyü bildirilir.
İraq Müdafiə Nazirliyi verdiyi açıqlamada bölgədə terrorçuların təmizlənməsində yerli qüvvələrin böyük dəstək verdiyini deyib.
Dəclə əməliyyatlar komandiri general-leytenant Abduləmir əl-Zeydi isə verdiyi açıqlamada Diyalədə əməliyyatlar zamanı İŞİD-in 14 nişançısının məhv edildiyini bildirib.
Bu arada İraq ordusu və şiə könüllülərindən ibarət silahlı qruplaşmaların Səlahəddin bölgəsinin 12 iyundan İŞİD-in əlində olan Beyci mahalına girdiyi barədə xəbərlər yayılıb.
Bölgənin Əl Temim və Əl Nafit qəsəbələrinin İŞİD-dən azad edildiyini deyən İraq rəsmiləri əməliyyatlara koalisiya qüvvələrinin də dəstək verdiyini açıqlayıb.
COMMENTS