İŞİD-in 2 yüksəkçinli üzvü öldürüldü

İŞİD-in 2 yüksəkçinli üzvü öldürüldü

Kərkükün qondarma qubernatoru ilə vilayət komandiri məhv ediliblər

 

Terror təşkilatı İŞİD-in Kərkük vilayətinə təyin etdiyi qondarma qubernator Nime Nayıf və qondarma vilayət komandiri Əbu Abid öldürülüblər.

Dosye.org-un yerli mətbuata istinadən verdiyi məlumata görə, həmin şəxslər koalisiya qüvvələrinin həyata keçirdiyi bombardman nəticəsində öldürülüb.

Bu barədə mətbuata məlumat verən Havicə polis idarəsinin əməkdaşı Kazım Muhamməd bildirib ki, Suriyanın Raqqa şəhərindən və Mosuldan gələn İŞİD heyəti Kərkükün cənubundakı Bəşir kəndində görüşüb.

Bu görüş zamanı başlayan bombardman zamanı bir çox İŞİD üzvü ilə yanaşı, Kərkükün qondarma qubernatoru ilə vilayət komandiri məhv ediliblər.

COMMENTS