İraqın şimalındakı Mosul şəhərinin azad edilməsinə dair ABŞ-ın təklif elədiyi istənilən plan rəsmi Bağdad tərəfindən rədd olunacaq. Musavat.com-un məlumatına görə, belə bir açıqlama ilə İraqın müdafiə naziri Xalid əl-Əbeydi çıxış edib.
“Mosulu İŞİD yaraqlılarından təmizlənməsi əməliyyatı İraq qüvvələri tərəfindən həyata keçiriləcək. Bu şəhəri və digər əyalətləri yalnız biz azad edəcəyik”, – deyə nazir “əs-Sumariyyə” telekanalına müsahibəsində söyləyib.
İraq hərbi nazirinin sözlərinə görə, beynəlxalq koalisiya qüvvələri yalnız ölkənin hava məkanının qorunmasını təmin edir. “Onların yerdə mövcudluğu isə texniki aspektlərlə bağlı məsləhətçilər və mütəxəssislərlə məhdudlaşıb, hansı ki, İraq silahlı qüvvələrində yoxdur. Biz Mosulun azad edilməsi üzrə istənilən Amerika planını rədd edirik” – əlavə edib Əbeydi.
COMMENTS