İŞİD-in İraqda bazarda törətdiyi partlayış nəticəsində 100-dən çox adam ölüb

İraqın şərqindəki Bani-Saad şəhərinin mərkəzi bazarında törədilmiş partlayış nəticəsində azı 100 nəfər ölüb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.  
 
Qeyd edək ki, ötən gün Bani-Saad şəhərinin mərkəzi bazarında avtomobil partladılıb. Partlayış sakinlərin müqəddəs Ramazan bayramı ilə əlaqədar bazarda toplaşdığı an törədilib.
 
İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
 
Məlumata görə, avtomobildə 3 ton partlayıcı maddə olub.   

 

COMMENTS