İŞİD-in qorxulu dünyası

İslam Dövləti (İraq Şam İslam Dövləti – İŞİD) terror qruplaşmasının necə ölümdən çəkindikləri barədə məlumat yayılıb.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın da havadan hücum edərək dəstəklədiyi İraq kürd ordusunun Ərbil və Sincar əməliyyatlarına PKK-lılar da qoşulub. Peşmərgələr ötən gün ABŞ-ın köməyi ilə Mosul bəndini İŞİD-dən almağa müvəffəq oldular.

Həftələrdir İraqda davam edən İŞİD silahlıları, Qərb ölkələrindən peşmərgəyə gələn silah köməyi və ABŞ-ın hava hücumu nəticəsində geriləməyə başlayıb.

“Wall Street Journal”a danışan PKK-lı silahlılardan biri isə İŞİD üzvlərinin qarşıdurma zamanı ən çox qadınlardan qorxduqlarını bildirib. Çünki onlar, qadınlar tərəfindən öldürüləcəkləri halda, cənnətə gedə bilməyəcəklərini düşünürlər.

COMMENTS