İŞİD-in raket istehsal edən mərkəzi dağıdıldı

Fransa hərbi təyyarələri Suriyada İŞİD terror qruplaşmasına məxsus və idarəolunmayan raket istehsalı ilə məşğul olan mərkəzini bombardman edib. Musavat.com-un məlumatına görə, bu barədə Fransa Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. 
 
“Aviareydi raketlərlə təchiz ölünmüş dörd “Rafale” təyyarəsi həyata keçirib. Onlar koalisiya qüvvələri ilə birgə hərəkət edib” – xəbərdə qeyd edilir.
 
Məlumata görə, raket istehsal edən mərkəz Hələb şəhərinin şərqindən bir neçə kilometrlik məsafədə yerləşir. 
 
Bundan az öncə ABŞ xüsusi təyitanlılarının İraqda 15 İŞİD-çini məhv elədiyi haqda xəbər yayılmışdı.

COMMENTS