İŞİD-in səhra komandiri məhv edildi

Suriya Hərbi Hava Qüvvələri “İslam dövləti”nin (İŞİD) səhra komandirlərinin iclas keçirdiyi qərargahı məhv ediblər.

 

Dosye.org-ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Suriyanın döyüş təyyarələri adıçəkilən silahlı qruplaşmanın Muhəsən şəhərində yerləşən qərargahına zərbələr endirib.

Livanın “əl-Manar” telekanalı bildirib ki, hava reydi zamanı “İslam dövləti”nin operativ iclas keçirən səhra komandirləri də ölüblər. Qeyd olunub ki, hazırda qruplaşma üzvləri hökumət qüvvələrinin Deyr-əz-Zor vilayətindəki mövqelərinə hücuma hazırlaşırlar.

Muhasanda iclasa “xəlifə” Əbu Bəkr əl-Bağdadinin yaxın adamlarından Abu Nidal adlı komandirin rəhbərlik etdiyi, amma onun öldüyü barədə məlumatın olmadığı deyilir.

“Əs-Safir” qəzetinin yaydığı məlumata görə, Suriya ordusuna terrorçuların mövqeləri barədə məlumat ABŞ və İraq qoşunlarının Bağdad və Ərbildəki birgə qərargahından ötürülüb. Suriya və ABŞ hərbçiləri arasında birbaşa təmasın olmadığı qeyd olunur.

COMMENTS