İŞİD-in yeni hiyləsi ABŞ qırıcılarını çaşdırıb

İŞİD terror qruplaşması hiyləyə əl ataraq strategiyanı dəyişib.

 

ANS PRESS-in məlumatına görə, İŞİD terrorçuları çoxdan boşalmış evlərə öz bayraqlarını asaraq qəsdən ABŞ hərbçilərini çaşdırır. Bayraqları görən pilotlar isə həmin evləri bombalayır.

İŞİD bu yolla ABŞ qırıcılarının pilotlarını çaşdırmağa çalışır.

Bundan başqa İŞİD-çilər hərbi təyyarələrin uğultusunu eşidən kimi qərargahlarından birinin binasını partlatdaraq tez gizlənirlər.

İndi İraqda İŞİD terror qruplaşmasının 20-dən çox yeni qərargahları var ki, burada onlar burada gizlənirlər.

Bu qərargahların yerini aşkar etmək çox çətindir. İŞİD-çilər yerləri bəlli etməmək üçün telefon nömrələrini tez-tez dəyişirlər.

COMMENTS