İŞİD indi də azyaşlıları edam edir

İŞİD terror qruplaşması indi də azyaşlıları edam edir.

Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu dəfə İŞİD silahlıları Suriyanın Rakka şəhərində 7 yaşlı uşağı dini təhqir etməsi səbəbindən edam edib. İŞİD üzvü azyaşlı Muaz Həsəndən şəriət məhkəməsinə şikayət edib. Məhkəmə isə Həsən haqqında edam qərarı çıxarıb.

Məlumata görə, azyaşlı Rakka meydanında başından güllələnərək öldürülüb.  

COMMENTS