İŞİD İngiltərə vətəndaşının başını kəsdi

İŞİD terrorçu qruplaşması İngiltərə vətəndaşının başını kəsib.

 

Dosye.org xarici KİV-ə istinadən xəbər verir ki, İraq və Suriyada terror küləkləri əsdirən İŞİD Devid Heynesin başını kəsən kadrlar yayımlayıb. İngilis vətəndaşın vaxtilə Suriyada humanitar yardım sahəsində işlədiyi bildirilir.

Onun başını kəsən İŞİD terroçusu İngiltərənin baş naziri Devid Kameronu da hədələyib və girovluqlarında olan daha bir ingilis vətəndaşın- Alan Henniqin də başını kəsəcəkləri xəbərdarlığını edib.
Bu arada İngiltərə baş naziri Devid Kameron da məsələ ilə bağlı bəyanat verib.

O bildirib ki, bu edam alçaq və insanlığa sığmayan davranışdır.

Başı kəsilən ingilis Suriyada 2013-cü ilin martında girov düşüb.

Qeyd edək ki, İŞİD bundan əvvəl amerikalı jurnalistlər Ceyms Foulini və Stiven Sotloffun başını kəsmişdilər. İŞİD Devid Heynesin növbəti qurban olacağını da bildirmişdi.

COMMENTS