İŞİD İraqda daha bir cəza tədbiq etdi

Suriyada tez-tez həyata keçirdikləri cəza İraqda ilk dəfədir

 

Baş kəsmə görütüləri ilə son günlər dünya gündəmində səs salan “İslam Dövləti” (İŞİD) terror qruplaşması gözdən pərdə asmaq üçün İraqda zina edən bir kişini cəzalandırıb.

Ötən gün İraqın Mosul şəhərində qadına sataşdığı iddia edilən bir nəfər İŞİD-çilərin məhkəməsinə əsasən rəcm cəzasına məruz qalıb. Qruplaşma üzvlərinin Suriyada tez-tez həyata keçirdiyi cəza növü İraqda ilk dəfə baş tutub.

Şahidlər bildirir ki, tutulan şəxs günahkar olmadığını bildirsə də, İŞİD üzvləri buna məhəl qoymayıb və ucu şiş daşlar seçərək təxminən 30 yaşında olan həmin şəxsi daşqalaq etməklə öldürüblər.

Qeyd edək ki, İŞİD keçən ay isə Suriyanın Raqqa vilayətində iki qadını zina ittihamı ilə daşlayaraq öldürmüşdü. Zina əməlinə qaldıqda isə qruplaşma üzvlərinin özləri də Sincar qəsəbəsində tutduqları yezidi qadınlara qarşı zorlama hərəkətləri edirlər.(ANS)

COMMENTS