İŞİD İraqda sünni tayfanın 322 üzvünü öldürüb

141102152633 iraq tribal fighers 624x351 reuters nocredit

İslam Dövləti (İD) silahlılarının Anbar vilayətinin qərbindəki sünni iraqlı tayfaya hücumları nəticəsində tayfanın 322 üzvü öldürülüb, İraq hökuməti məlumat verir.

Ölkənin insan haqları nazirliyinin dediyinə görə, 50 cəsəd quyuda tapılıb, Al-Bu Nimr tayfasından olan 65 adam isə oğurlanıb.

Nazirlik deyir ki, İD 65 girovu əsir tutur. Məlumata görə, cihadçı qrup tayfanın mal-qarasını da oğurlayıb.

{“uid”:4,”hostPeerName”:”http://www.azadliq.info”,”initialGeometry”:”{\”windowCoords_t\”:0,\”windowCoords_r\”:1349,\”windowCoords_b\”:667,\”windowCoords_l\”:0,\”frameCoords_t\”:577,\”frameCoords_r\”:540.5,\”frameCoords_b\”:857,\”frameCoords_l\”:204.5,\”styleZIndex\”:\”auto\”,\”allowedExpansion_t\”:307,\”allowedExpansion_r\”:272,\”allowedExpansion_b\”:0,\”allowedExpansion_l\”:0,\”xInView\”:1,\”yInView\”:0.32142857142857145}”,”permissions”:”{\”expandByOverlay\”:true,\”expandByPush\”:false,\”readCookie\”:false,\”writeCookie\”:false}”,”metadata”:”{\”shared\”:{\”sf_ver\”:\”1-0-0\”,\”ck_on\”:1,\”flash_ver\”:\”15.0.0\”}}”}” scrolling=”no” marginwidth=”0″ marginheight=”0″ width=”336″ height=”280″ data-is-safeframe=”true” style=”font-size: 14px; vertical-align: bottom;”>

Həmçinin sünni Müsəlmanlar olan İD döyüşçüləri İraq və Suriyada böyük əraziləri idarə edir.

Məlumata görə, bazar günü baş verən hücumun qurbanları, o cümlədən uşaqlar İD-ə “müqavimət göstərdiklərinə görə” sıraya düzülərək güllələnib.

“Sərt xəbərdarlıq”

Bu həftə Al-Bu Nimr tayfasının çoxlu sayda həlak olmuş üzvləri kütləvi məzarlarda aşkar olunub. Şənbə günü daha 50 nəfər öldürülüb.

BBC-nin Bağdaddakı müxbiri Orla Guerin deyir ki, bazar günü baş verən kütləvi qətllər İD-ə müqavimət göstərməyin nə qədər baha başa gələcəyi barədə sərt xəbərdarlıqdır.

Al-Bu Nimr tayfası İD-ə qarşı döyüşlərdə İraq hökumətinə birləşib. İraqın yeni formalaşmış hökumətinin əksəriyyəti şiələrdən ibarətdir, amma İD-ə qarşı mübarizədə mühüm rol oynadıqlarına görə hökumət sünni tayfaları öz tərəfinə çəkmək istəyir.

Amma rəsmi Bağdad hələ ki, tayfaların əksəriyyətini İD-ə qarşı durmağa inandıra bilməyib. 

COMMENTS