İŞİD Kobanidə itki verərək geri çəkilir

Bir neçə gün əvvəl İraqdan Suriyanın Kobani şəhərinə yollanan kürdlərin “Peşmərgə” qüvvələri ağır silahlardan – toplar və müxtəlif növ minaatanlardan “İslam Dövləti” (İŞİD) terror təşkilatının şəhərdəki mövqelərini intensiv olaraq, hədəfə alıb.

 

Nəticədə İŞİD şəhərin qərb hissələrində geriləyib.

SalamNews-un “alhadasnews”a istinadla verdiyi xəbərə görə, “Peşmərgə”nin İraqdan gətirdiyi ağır silahlar onların Kobanidə irəliləmələrinə böyük yardım göstərib.

Kürdlərin xalq müdafiə bölmələrinin üzvləri son qarşıdurmalarda 15 terrorçunu öldürdüklərini bildiriblər.

Yeri gəlmişkən, Suriyanın şimalında kürdlərin özünüidarə qurumları nəzarətlərində olan bütün bölgələrdə 18-30 yaşlı gəncləri hərbi xidmətə cəlb etməyə başlayıb.

COMMENTS