İŞİD kürdlərin yaşadığı şəhəri mühasirəyə aldı

Suriyanın Türkiyə ilə sərhədində gərgin anlar yaşanır

 

ANS PRESS-in məlumatına görə, Kobani şəhərində İŞİD silahlıları ilə Peşmərgə – kürd qüvvələri arasında atışmalar şiddətlənib. Yerli əhali zorakılıqlardan qaçaraq Türkiyə sərhədlərinə üz tutub. Əhalinin əksəriyyəti piyada yola düşüb. Gərginlik ötən gün axşam saatlarında artmağa başlayıb.

Hazırda terrorçular şəhəri mühasirəyə alıblar. Atışmalar zamanı şəhər mərkəzinə raket atılıb.

Qeyd edək ki, Suriya tərəfdən açılan atəş nəticəsində bu gün bir Türkiyə əsgəri yaralanıb.

COMMENTS