İŞİD-lə Taliban qanlı savaşa başladı

İŞİD-lə Taliban qanlı savaşa başladı

Dosye.org xarici KİV-lərə istinadən xəbər verir ki, Əfqanıstanın şərqindəki Nangarhar şəhərində terror təşkilatı İŞİD ilə Taliban qruplaşması arasında çıxan qarşıdurmada 12 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Əfqanıstan Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada Hogyaney mahalının Zeva bölgəsində çıxan qarşıdurmada 5 İŞİD təcavüzkarı ilə 7 Taliban üzvünün öldüyü bildirilir.

Müdafiə Nazirliyinin açıqlamasında 4 İŞİD təcavüzkarı ilə 8 Taliban üzvünün yaralandığı da ifadə edilib. İraq və Suriya xaricində də təsirli olmağa çalışan terror təşkilatı İŞİD, Əfqanıstanda fəaliyyət sahəsini genişləndirmək üçün Talibanla zaman-zaman atışır.

COMMENTS