İŞİD-lə mübarizə üçün dövlətlər Ərəbistana toplanır

Səudiyyə Ərəbistanı, Türkiyə, ABŞ, Misir, İordaniya və digər Körfəz ölkələri İŞİD-ə qarşı mübarizə aparmaq üçün bir araya gələcəklər.

Sentyabrın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacaq görüşdə terrorla mübarizə məsələsi müzakirə ediləcək.

Həmçinin görüşdə bu terrorun arxasındakı radikal təşkilatlarla mübarizə müzakirə olunacaq (axar.az).

COMMENTS