İŞİD lal-karlar üçün təbliğata keçdi

“İraq və Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasına sıralarına yeni cihadçıları cəlb etmək üçün eşitmə və danışıq qabiliyyəti zəif olanlar üçün surdotərcüməli vizual təbliğatlara başlayıb.

Milli.Az Al Arabia-ya istinadən bildirir ki, İŞİD lal-karlar üçün ilk təbliğat videosunu yayıb.
İraqın Mosul şəhərində yol polisində çalışdıqlarını iddia edən iki saqqallı şəxs tamaşaçıları İŞİD-ə qatılmağa dəvət ediblər. Onlar ABŞ, Britaniya və bu ölkələrin müttəfiqlərini məhv edəcəklərini də bəyan ediblər.
Bu şəxslər lal-kar qardaşlar olduqlarını söyləyiblər.
Videonun sonunda İraqın şimalındakı kürdlərin mövqelərinə raket atışları göstərilib.
Böyütmək üçün şəkillərə klikləyin.

COMMENTS