İŞİD livanlı əsgəri edam etdi

İraq Şam İslam Dövləti terror qruplaşması Suriya ilə həmsərhəd Ərsal şəhərində girov götürülmüş ikinci livanlı əsgəri edam edib.

 

Livan ordusunun komandanlığı bu məlumatı hələlik təsdiqləməyib. Girovluqda hələ də 26 livanlı hərbçinin olduğu bildirilir. Onlar bu ilin avqustun əvvəlində İŞİD və “Cəbhə ən Nusra” terror qruplaşmalarının Ərsal şəhərinə hücumu zamanı əsir götürülüblər.

 

Bundan əvvəl, avqustun 28-də terrorçular livanlı hərbçi Əli əs Seyidin başını kəsərək edam ediblər. Sentyabrın 4-də “İslam Dövləti” terror qruplaşmasının üzvləri Livan vətəndaşı Kayed Qdadanı edam edib.

Terrorçular onların “Hizbullah” hərəkatı ilə əlaqəli olduğunu iddia ediblər.

APA

COMMENTS