İŞİD Misir Ehramlarını da partladacaq

Dünya tarix mirasını məhv eləməkdə xüsusi fəallıq nümayiş etdirən İŞİD terror qruplaşması növbəti hədəfini açıqlayıb. ANS PRESS-in məlumatına görə, qruplaşma bayram sonrası üçün bir sıra hədəflərlə yanaşı dünyanın 7 möcüzəsindən biri olan Misir Ehramlarını (Piramida) partladacağını açıqlayıb

Sinayda törətdiyi terror hücumundan sonar İŞİD növbəti hədəfin Qahirə və Qizə olduğunu bildirib. Bu şəhə.rlərdə isə “Allaha qarşı olmaq” mənasını verdiyi bəhanə olunaraq Ehramların və böyük Sfinks heykəlinin məhv ediləcəyi açıqlanıb. 

Rəsmi Qahirə isə hər hansı bir İŞİD təhlükəsinə qarşı qırıcılarını və əsgərlərini səfərbər edərək Sinay yarımadasında təhlükəsizlik tədbirlərini gücləndirib.

Xatırladaq ki, bundan əvvəl İŞİD terrorçuları Mosul şəhərindəki tarix muzeyində olan və dünya mirası siyahısında yer alan çox sayda eksponatı məhv etmişdi. Bundan sonra qədim Assuriya şəhəri olan Nəmrudu ələ keçirən terrorçular burda da eramızdan əvvələ aid bir çox abidəni yox etmişdilər. Yaxın günlərdə isə İŞİD qruplaşması Suriyanın Tadmur şəhərinin yaxınlığındakı qədim Palmira xarabalıqlarını məhv etmişdi.

İŞİD terror qruplaşması bu zəmində İraqda və Suriyada İslam tarixinə də böyük ziyan vurub. Belə ki, terrorçular başda İslam peyğəmbərinin (s) səhabələri olmaqla bir çox din aliminin və övliyanın adına olan məscidləri və məqbərələri partladaraq və uçuraraq məhv edib.

COMMENTS