İŞİD Misirdə terror hazırlayır

“Müsəlman Qardaşları” terrorçulara qoşulacaqmı?

Misirin “Al Masry Al Youm” qəzeti bildirir ki, “İslam Dövləti” sosial şəbəkələrdə yeni təbliğat kampaniyasına başlayıb. Terrorçular deyirlər ki, tezliklə Misirdə sürprizlə qarşılaşacaqsınız.

 

İŞİD üzvləri “Müsəlman Qardaşları” təşkilatına müraciət edərək onları “İslam Dövləti”nə qoşulmağa çağırıb. Onlar həmçinin Misirdə olan digər islamçı qruplara da oxşar çağırışda bulunublar.

 

Sosial Şəbəkələrdəki bu çağırışa reaksiya verən Misir Daxili İşlər Nazirliyi ölkədə təhlükəsizlik tədbirlərini gücləndirdiyini bəyan edib.

 

Nazirlik vurğulayıb ki, onlar “İslam Dövləti”nin gördüyü işləri yaxından izləyirlər və Misir qarşıya çıxan istənilən problemi həll etməyə qadirdir.

COMMENTS