İŞİD nent gəlirlərini açıqladı

ABŞ Maliyyə Nazirliyi müşaviri Devid Cohen, İŞİD-in Suriya və İraqda ələ keçirdiyi zavodlarda neft satışından gündə 1 milyon dollar gəlir əldə etdiyini bildirib.

 

ANS PRESS-in məlumatına görə, Cohen neft qaçaqçılığının yeni bir şey olmadığını ancaq bu vəziyyətin neftin terrorçu bir təşkilat tərəfindən satıldığı üçün keçmişdəkilərdən fərqli olduğunu vurğuladı.

İŞİD ilə neft alveri edən hər bir adamın terrorçu qruplaşmaya maliyyə dəstəyi etmiş olduğunu bildirən Devid Cohen “Keçmişdə neftin haradan gəldiyi görməməzlikdən gəlinirdi, amma indi vəziyyət elə deyil. Qaçaq neftə pul verənlər İŞİD-i bəsləmiş olur” dedi.

Ağ Evdə İŞİD-ə pul axışı mövzusunda jurnalistlərin suallarını cavablayan Cohen, terror təşkilatının Suriya və İraqdakı zavodları təmin neftin satışından milyonlarla dollar gəlir əldə etdiyini ifadə etdi. IŞİD ilə mübarizənin hərbi yolların yanında maliyyə axınının tıxanması ilə müvəffəqiyyətə çatmağın mümkünlüyünü deyən Cohen, İŞİD-in beynəlxalq maliyyə sektoruna girməsinin maneə törədilməsinin əhəmiyyətini vurğuladı. Neft gəlirlərindən əlavə İŞİD-in İraq və Suriyada ələ keçirdiyi banklar vasitəsilə beynəlxalq maliyyə sektoruna sızmağa çalışdığını qeyd edən Cohen, qruplaşmanın ən yaxşı maliyyələşdirilən terrorist təşkilatlardan biri olduğunu bildirib.

IŞİD’in diqqətə çarpan maliyyə qaynaqlarından birinin də qaçırdığı insanlara ödənilən fidyə olduğunu vurğulayan Cohen, fidyə ödənişinin daha çox insan qaçırma nəticəsinə gətirib çıxardığını ifadə etdi. Cohen “IŞİD bu il fidyələrdən ən az 20 milyon dollar qazanıb. ABŞ-ın terror təşkilatlarına fidyə ödəməmək mövzusundakı qəti qərarı, heç də ürəksizliyindən deyil, fidyə ödəyərək daha çox Amerikalıların girov alınmasının qarçısını almaq üçündür” deyə Cohen bildirib.

Cohen digər ölkələri də İŞİD-ə fidyə ödəməməyə çağırıb.

İŞİD-in ələ keçirdiyi yerlərdə yaşayanlara ictimai xidməti təqdim etmə cəhdləri olduğunu izah edən Cohen, terror təşkilatının özünü əsl dövlət kimi göstərmə səyində olduğuna diqqət çəkib.

COMMENTS