Pilotun yandırılmasına etiraz edən 4 nəfər “Facebook” qurbanı olub
İŞİD trrorçuları iordaniyalı pilotun diri-diri yandırılmasını qınayanları da edam etdi. ANS PRESS-in məlumatına görə, terrorçular daha 4 nəfərin başını kəsiblər.
Bu barədə məlumatı İraqda İŞİD cinayətkarlarını araşdırma komitəsindən Məhəmməd Şevki Nedaşi deyib.
“Bizə çatan məlumata görə, İŞİD Mosulun Temmuz adlanan ərazisində “Facebook”da iordaniyalı pilotun öldürülməsinə etiraz edən 4 nəfəri edam edib”.
O, terrorçuların hər gün Mosulda insanlığa sığmayan cinayətlər törətdiklərini deyib.
Onların Mosulda iki imamı da güllələdiyi deyilir. Abdullah əl-Fehad və Şeyx Eyub Abdulvahap adlı şəxslər olublar. İmamların cəsədləri Mosul Tibbi ekspertizasına aparılıb.
COMMENTS