İŞİD öz döyüşçülərinə xüsusi müavinətlər verir

İŞİD terror qruplaşmasının silahlıları xüsusi müavinətlər alır. Musavat.com-un məlumatına görə, bu barədə alman nəşri təşkilatın məxfi daxili sənədlərinə istinadən xəbər verir.

 

Nəşrin bildirdiyinə görə, İŞİD geniş hökumət strukturları yaradır. O sırada yaraqlılar tibbi sığortaya, nikah subsidiyalarına malikdir, həmçinin həlak olanların və tutulanların ailələrinə ödənişlər nəzərdə tutulur.

Bundan əlavə, Suriyanın və İraqın zəbt edilmiş ərazilərində “varlıların kasıblardan üstün olmaması üçün” özünəməxsus və çox da böyük olmayan “iqtisadi bərabərləşdirmə” aparılır.

Qruplaşmada kamikedze olmaq istəyənlərin seçilməsi ilə məşğul olan kadr planlaşması orqanının yaradıldığı da bildirilir.

Məxfi məlumatlar İraq ordusunun İŞİD-in ikinci şəxsi olan Əbdül Rəhman əl-Bilavinin məhvi əməliyyatı zamanı əldə edildiyi xəbər verilir. O, qruplaşmada “hərbi nazir” rolunu oynayırdı.

COMMENTS