İŞİD Pakistanı hədəf seçdi

İraq və Suriya torpaqlarında bir neçə bölgəni zəbt edərək Xilafət elan edən İŞİD-in növbəti hədəfi bəlli olub.

 

Publika az-ın məlumatına görə, terror təşkilatı Pakistanın Əfqanıtanla sərhədində də döyüşlərə başlamağı planlaşdırır.

Pakistan kəşfiyyatının bölgələrə göndərdiyi təlimatlarda Bəlucistan və Xeybər-Paktunxuva əyalətlərində 10-12 min İŞİD-ə bağlı silahlanmış tayfa üzvlərinin hökumət binalarına və Talibanla mübarziə aparan təhlükəsizlik xidməti əməkdaşlarına hücuma hazırlaşdığı bildirilir.

Təlimatlarda yerli hökumət strukturlarının hücumları dəf etmək üçün təcili olaraq hazırlanmaları əmr edilir.

COMMENTS