İŞİD Palmirada həbsxananı partlatdı

İŞİD terror qruplaşmasının silahlıları bu yaxınlara işğal elədikləri Palmirada həbsxananı partladıblar.

Musavat.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, İŞİD-çilər bu aktı həmin türmənin “Bəşər Əsəd və onun atasının cinayətlərini simvolizə eləməsi ilə” izah ediblər.

Məlumatlara görə, türmədə rejimin siyasi məhbusları saxlanılıb. Onlar işgəncələrə məruz qalıb, bəziləri edam edilib.

Bir qədər öncə İŞİD-çilər Palmira həbsxanasından bütün məhkumları buraxmışdılar. O da xəbər verilmişdi ki, dustaqlardan bəzilərini hökumət qüvvələri geri çəkilərkən özləri ilə aparıblar.

COMMENTS