İŞİD Səddam Hüseyn kimi etdi

İraq ordusunun İŞİD yaraqlılarına qarşı Tiqritdə başlatdığı əməliyyatlar davam edir.

ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması ilə mübarizə aparan İraq ordusu çətinliklə üzləşib. Belə ki, yaraqlılar hava hücumlarının qarşısını almaq məqsədilə neft quyularına od vurublar. Hər yer qara tüstüyə büründüyü üçün hərbi təyyarələrin də uçuşu baş tutmur. İraq ordusu Səddam Hüseynin vaxtında ABŞ qırıcılarına mane olmaq üçün bu planı işlətmişdi.

Tiqrit üzərinə hücum indiyədək İraq ordusu tərəfindən İŞİD üzərinə həyata keçirilən ən miqyaslı həmlədir. Ordu yaxın günlərdə əl-Alam və əl-Dur qəsəbələrini azad etməli planlaşdırır. Çünki terrorçular bu iki qəsəbəni və Tiqritin mərkəzini hələ ki, nəzarətləri altında saxlayırlar.

Qeyd edək ki, İraq ordusunun Tiqrit üzərinə hücumunun müvəffəqiyyəti Bağdad hökumətinin ölkənin şimalını nəzarət altına almasına yol aça bilər.

COMMENTS