İŞİD terrorçuları Bağdada hücüm edəcək

ABŞ liderliyindəki koalisiya gücləri Suriyada islamçı terrorçuların mövqelərini vurarkən, İraq Şam İslam Dövləti (İŞİD)  İraqda səs gətirəcək böyük hücum başladıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, terror təşkilatı İŞİD-in İraqın paytaxtı Bağdadda 2 kilometr yaxınlaşdığı iddia edilir. İŞİD-in dünənki hücumları zamanı min nəfər İraq əsgərinin və şiə məzhəbli insanın öldürüldüyü də iddia edilir. BBC-nin və İngiltərənin “Daily Mail” qəzetinin internet saytlarında yerləşdirilən xəbərlərə görə, terror təşkilatı İŞİD İraqın paytaxtı Bağdadı ələ keçirmək üçün böyük bir hücum başlayıb. Paytaxt Bağdadın qərbinə 2 kilometr məsafəyə çatan İŞİD-in bölgədəki bir çox kəndi də ələ keçirdiyi iddia edilir

COMMENTS