İŞİD terrorçuları İngiltərə vətəndaşlarıdır

Suriya və İraqda terror törətməkdə davam edən İraq Şam İslam Dövlətinin (İŞİD) yaraqlıları arasında İngiltərə vətəndaşlarının sayının çox olması diqqət çəkir.

 

Modern.az bildirir ki, İngiltərə mətbuatında verilən xəbərlərə görə, terror təşkilatında olan hər 4 xarici vətəndaşdan biri İngiltərə vətəndaşıdır.

Hökumətin ehtimalına görə, təxminən 500 təşkilat üzvlərindən 250-si ölkəsinə dönüblər.

Təşkilatın yaydığı sonuncu edam videosunun ardından, İngiltərədəki terrorla mübarizə polisi amerikalı jurnalist Ceyms Foleyin başını kisən və ingilis aksenti ilə danışan maskalı İŞİD yaraqlısının şəxsiyyətini artıq müəyyən edib. İngiltərənin “Guardian” qəzetinin yazdığına görə, qəzetə bir neçə ay əvvəl Rakka şəhərində girov alındığını söyləyən bir qaynaq, amerikalı jurnalistin başını kisən “John” kod adlı yaraqlının Rakkadakı qərbli girovlardan məsul üç ingilis cihadçıdan biri olduğunu iddia edib.

Abu Abdullah Al Brittani

32 yaşındakı ingilis vətəndaşı Brittani ictimai mediada yayılan və “qardaşlarına cihad çağırışı edən” yaraqlı olaraq tanınır. Muhammad Hamidar Rahman 25 yaşındakı Rahmanın ailəsi oğullarının, Ramazan ayında Suriyada öldürülüb.

Mashudur Choudhury

Suriyaya döyüşmək üçün gedən ilk ingilis vətəndaşı olaraq bilinən 2 uşaq atası 31 yaşındakı Choudhury keçən ilin oktyabr ayında ölkəsinə dönərkən London “Gatwick” hava limanında tutulub.

İfthekar Jaman

23 yaşındakı Jaman “Əl Qaidə” ilə bağlı təşkilatlara qatılıb, Suriyadan İngiltərədəki evinə dönərkən Hampshiredə olan evinə yaxın bir bölgədə baş verən qarşıdurmada öldürülüb.

Salma və Zahra Halane

16 yaşındakı Salma və Zahra adlı əkizlər, tibb ixtisası üzrə oxuyarkən evdən qaçaraq Suriyaya gedərək təşkilata qatılıblar. Əkizlərin hazırda Rakkada olduğu və İŞİD yaraqlıları ilə evləndikləri söylənilir.

Jaffah, Amer və Abdullah Deghayes

Kesabda bir qarşıdurmada öldürülən 18 yaşındakı Abdullahın qardaşları 16 yaşındakı Jaffar və 20 yaşındakı Amerin hələ də Suriyada olduğu düşünülür.

Nasser Muthana

20 yaşındakı tibb fakültəsinin tələbəsi Muthana 2013-cü ilin noyabr ayında ailəsinə “Suriyada cihada qatılmağa getdiyini” xəbər verən bir məktub yazaraq qaçıb. Muthananın hələ də Suriyada olduğu düşünülür.

Aseel Muthana

Nasse Muthananın Cardiffdə yaşayan 17 yaşındakı Aseel Muthana böyük qardaşı Nasserin ardından fevral ayında Suriyaya gedərək təşkilata qatılıb. Qardaşlardan təşkilatın təbliğat videolarında tez-tez istifadə edilir.

Reyaad Khan

Cardiffdən Suriyaya gedərək təşkilata qatılan Rayeed Khan İŞİD-in qan donduran edam videolarının yanında, 3 ingilis yaraqlının qərbli müsəlmanları təşkilata dəvət etdiyi təbliğat videosunda da ən qabaqda görünüb.

Reyaad Khan (solda) və Nasser Muthananın (ortada) cihad çağırışı etdiyi video xüsusilə İngiltərədə böyük əks-sədaya səbəb olmuşdu. Reyaad Khan ictimai media hesabları üzərindən etdiyi dəhşət verici paylaşmalarla da bilinir.

Qatıldığı edamlarda yaşananları bir-bir lentə alan Khan İngiltərə ilə yanaşı Birləşmiş Millətlər Təşkilatının da ən çox axtardığı şəxslər arasındadır.

Aine Davis

İngiltərə vətəndaşı 30 yaşındakı Aine Davisin Suriyada İŞİD təşkilatı üçün aktiv çalışdığı bilinir.

Davisin həyat yoldaşı Amal el-Wahabi (sağda), təşkilata maliyyə təmin etmək üstündə mühakimə olunarkən, qadınla əməkdaşlıq etdiyi düşünülən 27 yaşındakı Nawal Msaad, alt paltarında saxladığı 20 min avro ilə hava limanında tutulub.

Abdul Waheed Majeed

“Əl Qaidə” ilə bağlı təşkilatlarla yaxın əlaqələrdə olan Abdul Waheed Majeed ilk ingilis intihar bombaçısı olaraq bilinir. Hələbdə partlayıcı yüklü bir yük maşını ilə etdiyi hücumda bir çox adam həyatını itirmişdi.

 

COMMENTS