İŞİD terrorçuları kim maliyyələşdirir?

İraq və Şam İslam dövləti (İŞİD) qruplaşmasının hansı dövlət tərəfindən maliyyələşdirildiyi məlum olub.

 

ANS PRESS-in məlumatına görə, Almaniyanın iqtisadi inkişaf naziri Gerd Müller ZDF telekanalına müsahibəsində İŞİD-in Qatar tərəfindən maliyyələşdirildiyini bildirib.

Onun sözlərinə görə, Qatarın terrorçu qruplaşması ilə uzun hekayəsi var: “Bu İŞİD-i kim maliyyələşdirir?. İp ucu Qatardır”.

Qeyd edək ki, Mosulu ələ keçirməklə Yaxın Şərqdə böyük təhlükə mənbəyinə çevrilən İŞİD-in ABŞ və İsrail kəşfiyyatlarının ortaq lahiyəsi olduğu bildirilirdi.

COMMENTS