İŞİD terrorçularından daha bir qətliam

Yaxın Şərqdə öz fəallığını artıran İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması daha bir tükürpərdici qətliama imza atıb.

 

ANS PRESS-in “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Suriyanın Raqqa əyalətindəki “Tabka” hərbi hava limanını ələ keçirən İŞİD qüvvələri Əsəd rejiminə bağlı 152 əsgəri güllələyib, zabitlərin də olduğu 250 hərbçini əsir götürüb.

Məlumata görə, tərəflər arasında başlayan insident vaxtı yaxınlıqdakı tarlalarda gizlənən “Bəəs” rejiminin bir çox əsgəri isə qaçaraq ərazidən uzaqlaşıb. “Tabka” hava limanında çox miqdarda hərbi mühimmatı da ələ keçirən İŞİD qüvvələri çox sayda təyyarəni də məhv ediblər.

Suriyanın rəsmi xəbər agentliyi “Sana” isə daha əvvəl “Tabka” hərbi hava limanında “Bəəs” rejiminə bağlı hərbçilərin “təxliyyə və yenidən toplaşma” təlimləri keçdiyini bildirmişdi.

COMMENTS