PYD-nin girov saxladığı İŞİD terror qruplaşması üzvləri bir sıra açıqlamalar variblər.
ANS PRESS-in məlumatına görə, “CNN Inetrnational”ın müxbiri İvan Votson Suriyanın şimalında PYD-nin muxtariyyət elan etdiyi Cəzirə bölgəsində olub. O, burada kürdlərin girov saxladığı 3 İŞİD silahlısından reportaj hazırlayıb.
Uzun müddət qaranlıqda saxlanılan terrorçu dəstənin üzvləri xeyli miqdarda pul qarşılığında bu işə əl atdıqlarını, eləcə də onlara islam və ədalət üçün vuruşduqlarını söylədiklərini bildiriblər.
Onlar həmçinin, kasıb olmalarından istifadə etdildiyini, döyüşə getmədən əvvəl isə narkotik maddə verildiyini etiraf ediblər. Beləcə, uyuşdurucu maddələrin təsiri ilə ölümü düşünmədiklərini söyləyiblər.
“CNN”in mübiri girov saxlanılan İŞİD silahlılsından, “əgər İŞİD məni yaxalasa, nə edər?” – deyə soruşub. İŞİD-çinin cavabı isə qısa və kəskin olub: “İşgəncəli bir ölüm!”
Sonda, İŞİD silahlıları peşman olduqlarını bildirsələr də, PYD qüvvələrin onların bu sözlərinin inandırıcı olmadığını qeyd edir.
COMMENTS