İŞİD üzvləri peşman oldu

İŞİD üzvləri peşman oldu

“Biz buraya Əsəd rejimi ilə vuruşmağa gəlmişdik. Sonra anladıq ki, iki bandanın savaşının ortasında qalmışıq. Biz bura bunun üçün gəlməmişik. Ancaq əgər Britaniyaya qayıtsaq, türməyə düşəcəyik…”

 

“The Daily Mail” nəşrinin yazdığına görə, bu sözləri Londondakı Radikallaşmanın və Siyasi Zorakılığın Araşdırılması üzrə Beynəlxalq Mərkəzin Kral Kolleci ilə əlaqə saxlamış bir qrup İŞİD-çi söyləyib.

 

Onlar etiraf ediblər ki, Yaxın Şərqə Suriya xalqını Əsəd rejimindən müdafiə etmək məqsədilə gəlsələr də, sonradan başa düşüblər ki, burada onların xəyal etdiyi haqq uğrunda mübarziə getmir.

 

Sayları 30-dan çox olan İŞİD-çi gənclər peşiman olduqlarını dilə gətirərək normal həyata dönmək üçün kömək istəyiblər.

 

Xəbərdə qeyd edilir ki, bu günədək 500-dən çox britaniyalı İŞİD-ə qoşulub. Lakin artıq onlarla gənc İŞİD-dən qurtularaq geri dönmək fikrindədir.

COMMENTS