İŞİD üzvlərinin yeməklərinə zəhər qatıldı

İŞİD terror qruplaşmasının üzvlərini qidalarına zəhər qatıb öldürüblər.

 

Bugun.az-ın anspress-ə istinadən məlumatına görə, Azad Suriya Ordusunun üsyançı üzvlərindən bir neçəsi İŞİD terror qruplaşmasının düşərgəsinə daxil olub.
Aşpaz qılığında qruplaşmanın içərisinə girən ASO-lular İŞİD-çilərə nahar hazırlanarkən yeməklərinə zəhər əlavə ediblər.
Zəhərlənmə nəticəsində 30-a yaxın terrorçunun halı pisləşib. Onlardan 12-si elə oradaca keçinib. 16 İŞİD-çi isə yaxınlıqdakı xəstəxanalardan birinə çatdırılıb.
Sözügedən düşərgədə mindən artıq silahlının olduğu güman edilir.
Qeyd edək ki, ötən ay da analoji hadisə baş vermişdi. Həmin vaxt isə onlarla İŞİD-çi qəbul etdiyi qidadan zəhərlənmişdi.

COMMENTS