İŞİD üzvü Türkiyədə bıçaqlandı

Türkiyə keçirilən anti-İŞİD nümayişlərində qeyri-adi hadisə yaşanıb.

ANS PRESS-in məlumatına görə, Batmanda mahalında nümayişçilər uzun saqqallı bir şəxsi səhvən İŞİD üzvü sayaraq bıçaqlayıblar. 5 bıçaq yarası alan Yaqub Çelik adlı Türkiyə vətəndaşı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, İŞİD terror qruplaşmasının Türkiyə ilə Suriya sərhədində yerləşən və kürdlərin yaşadığı Kobani şəhərinə hücumuna etiraz olaraq Türkiyədə kütləvi aksiyalar keçirilib. Vəhabilər kimi uzun saqqal saxlayan şəxslər kütlənin hədəfinə çevrilib.

Türkiyə polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.

COMMENTS