İŞİD və “Əl-Qaidə” növbəti hücuma hazırlaşır

İŞİD və “Əl-Qaidə” növbəti hücuma hazırlaşır

Pentaqon İŞİD və “Əl-Qaidə”nin xarici hücumları bərpa edəcəyini bəyan edib.

Dosye.org Qərb mətbuatına istinadla xəbər verir ki, ABŞ kəşfiyyatçıları İŞİD-in Əfqanıstan bölməsinin yaraqlılarının yeni hücumları yarım il ərzində həyata keçirəcəklərini gözləyir.

Bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol bildirib:

“ABŞ kəşfiyyatçıları hesab edir ki, İŞİD Əfqanıstanda 6-12 ay sonra bu imkana malik olacaq. “Əl-Qaidə” üçün isə 1-2 il müddət lazım gələ bilər”, – deyə cənab Kol Senatda keçirilən dinləmələrdə vurğulayıb.

Pentaqon rəhbərinin müavininin sözlərinə görə, İŞİD və “Əl-Qaidə” “xarici hərbi əməliyyatları”, o cümlədən ABŞ-a qarşı əməliyyatları bərpa etmək niyyətindədir. Lakin qruplardan heç biri hələlik belə imkana malik deyil.

DOSYE.ORG

COMMENTS