İŞİD yenidən Suriyaya qayıdır

Son günlərdə İraqda ağır zərbələr alan və bir neçə nüfuzlu komandirini itirən qruplaşma əsas liderlərini Suriyanın Rəqqa şəhərinə geri çəkir

Son günlər İraqda ardıcıl davam edən bombardmanlar və yerüstü hücumlar zamanı bir neçə liderini itirən İŞİD taktiki dəyişiklik edib. İraq kürd muxtariyyətinin “Kurdpress” Xəbər Agentliyinin məlumatında görə, İraqda, xüsusən də Mosuldakı İŞİD liderləri Suriyanın Rəqqa şəhərinə köçürülür. Bu barədə sayta məlumat verən Kürdüstan Demokrat Partiyası yetkililərindən olan Səid Məmuzuni bildirib ki, son olaraq koalisiya qüvvələrinin İŞİD mövqelərini bombalaması zamanı İŞİD Mosul valisi 5 mühafizəçisi ilə birlikdə öldürülüb.

S.Məmuzuni bildirib ki, öldürülən şəxsin Mosul bölgəsində İŞİD əməliyyatlarını planlaşdıran əsas şəxs olub. Bundan başqa elə həmin günlərdə Tel Həyat kəndi ətrafında baş verən döyüşdə İŞİD-in 90 döyüşçüsünün öldürüldüyü bildirilir. KDP yetkilisi bildirib ki, məhz son dövrlərdə İŞİD verdiyi ağır itkilər və komandirlərinin öldürülməsi səbəbindən qruplaşma əsas qüvvələrini Suriyadakı paytaxtı hesab olunan Rəqqa şəhərinə geri çəkib. Onun sözlərinə görə, İŞİD mosuldan 6 milyard dinar pul, 1 milyon ton buğda, bir neçə ton qızıl və qiymətli əşyanı Rəqqaya daşıyıb. Məmuzuni bildirib ki, əl-Bağdadinin yaralanması və İŞİD-in bir çox komandirlərinin öldürülməsi qruplaşma daxilində ümidsizlik yaradıb.

COMMENTS