İsmayıllı icra başçısı haqqında yazılanlar həqiqəti əks etdirmir

İsmayıllı icra başçısı haqqında yazılanlar həqiqəti əks etdirmir

poi.jpg

Son günlər ölkə mətbuatında “MTN işi” ilə bağlı silsilə yazılar dərc edildi. Hətda bir neçə məmurun həbsi də reallaşdı.

Bütün bunlar ölkə başçısının etimadına xəyanət kimi dəyərləndirildi. Bəli, bu gün cəmiyyət ölkəsinə, vətəninə, elinə və obasına xəyanət edən kimsəni bağışlamaq belə fikrində deyil. Onlar hər zaman nifrətə layiq olub və olacaqdır.

Lakin bəzi media orqanları bu çirkin oyunlarının qurbanlarını ölkə ziyalıları ilə eyni hallandır və onları ittiham edir. Əslində peşəsinə sadiq olan media orqanları qaranı-ağdan ayırmağı bacarır. Məlum məsələdir ki, “MTN işi” bir qurup xəyanətkarlar və satqınların planlı şəkildə həyata keçirtmək istəyində olan məmurlardan təşkil edilmişdi.

Şükürlər olsun ki, bu cür iyrənc əməllərin qarşısı vaxtında alındı. Amma qəbuledilməz bir fakt ondan ibarətdir ki, ölkədə tanınmış ziyalılar, alimlər və digər sahənin rəhbər şəxslərin adları Eldar Mahmudovla və Akif Çovdarovla birgə hallandırılır.

Bir sözlə, İsmayıllı RİH-nin başçısı və eyni zamanda el ağsaqqalı Mirdamət Sadıqovun adı xəyanətkarlarla hallandırılması heç də doğru hal deyil. Gah M. Sadıqovun Eldar Mahmudova villa hədiyə edilməsindən bəhs edildi, gah da sahibkarlıq fəaliyyətindən geniş yazılar internet saytlarında işıqlandırıldı. Hətda İsmayıllıda E. Mahmudova 3-4 milyonluq villa hədiyyə edilməsi xəbəri isə olduqca gülüncdür. İsmayıllı rayonunda ən bahalı ev və yaxud villa 80-90 min aralığında hesablanır. Bu məbləğdə olan villalar nazir səviyyəsində deyil.

Dərk etmiyənlərə xatırlatmaq istəyirik ki, Mirdamət Sadıqov  yeganə icra başçısıdır ki, rəhbər olduğu rayonda kirayədə yaşayır. Eldar Mahmudova gəlincə bu şəxs bir zamanlar bir çoxların sevimlisinə çevrilmişdi. Hətda onun haqqında bir cümlə belə yazmağı cürət etməyənlər bu gün “qəhrəmanlıqla” onu tənqid edir. Çünki əməlləri ilə yaramazlıq funksiyasını üzərinə götürən Eldar Mahmudov xəyanətkardır. Ancaq alimlərimizi və ziyalılarımızı bu xəyanatkarla eyni hallahdırmaq, Allahdan qorxmamaq deməkdir. Bəndədən qorxmamaq və çəkinməmək olar, amma Ulu Tanrıdan qoxmamaq sadəcə fəlakətdir. 

 Ölkə başçısı cənab İlham  Əliyevin sərəncamı ilə İsmayıllı rayonuna başçı təyin edilən Mirdamət Sadıqov bu günə kimi ölkə rəhbərliyinin bütün tapşırıqlarını məsüliyyətlə yerinə yetirir, rayonda el ağsaqqalı kimi böyük nüfüz sahibinə çevrilib. Əlbətdə ki, İsmayıllı rayonunda məlum məsələlər hər birimizin yaddaşlarında əbədi olaraq qaldı.  Prezidentin ümüdlərini doğruldan və şərəflə vəzifəsini icra edən Mirdamət müəllim haqqında hədyan və böhtan yazılar onun qazandığı hörmətə zərrə qədər də olsa xələləl gətirməyəcək.

İsmayıllılar ölkə rəhbərliyinə dərin təşəkkürünü bildirməklə yanaşı, Mirdamət müəllimə tutduğu yolda uğurlar diləyir və hər zaman ağsaqqal kimi məsləhətlərini dinləyirlər. Kaş, sahibkarlara yaratdığı şərait isə bütün rayonlarda həyata keçiriləydi.

COMMENTS