İsmayıllı sakini Suriyadakı döyüşdə öldürüldü

İsmayıllı rayonundan Suriyaya ailəsi ilə birlikdə gedən Rahid adlı şəxs döyüşlərdə öldürülüb.

Hazırda Rahidin ölümündən onun doğmaları məlumatlıdır, ancaq ailəsinə bu bəd xəbər hələ deyilməyib.

Rayon sakini olan Rahid İsmayıllıda bərbər işləyib, ibadətlə məşğul olub, bir müddət öncə isə həyat yoldaşı ilə Suriyaya gedib.

Qeyd edək ki, son günlər İsmayıllıdan Suriyaya gedən ailələr haqda müxtəlif söz-söhbətlər yayılıb. Onlardan biri də güləş üzrə ölkə çempionu Rəşad Baxşəliyevdir (axar.az)

COMMENTS