Son günlər bəzi Kütləvi İnformasiya Vasitələrində İsmayıllı ictimaiyyətinin hiddətinə səbəb olan yazılar dərc olunmaqdadır.
Təəssüf hissiylə qeyd etmək istərdik ki, gunxeber.info saytının artıq cəzalandırılmış əməkdaşının məsuliyyətsizliyi üzündən digər bir saytın həmin qərəzli yazılarından biri saytımız vasitəsilə tirajlanmışdı.
Gunxeber.info saytının əməkdaşları bu günlərdə İsmayıllı rayonunda olub, yazılanların sırf qərəzli və böhtan xarakterli olması yerindəcə aydınlaşıb. Sakinlərlə söhbətlərimiz zamanı burada əhalinin İsmayıllı RİH başçısı Mirdamət Sadıqovun fəaliyyətindən nə qədər məmnun olduğunun şahidi olduq. Sakinlərin sözlərinə görə, məmur-vətəndaş münasibətləri baxımından da İsmayıllı digər yerlərdən əhəmiyyətli şəkildə fərqlənir. Burada istənilən sakin günün istənilən vaxtı vəzifəli şəxsin qəbuluna düşə, qarşılaşdığı problemi onun diqqətinə çatdıra bilir. Bu isə ilk növbədə İsmayıllı RİH başçısı Mirdamət Sadıqovdan qaynaqlanan müsbət ənənədir. Hər zaman xalqın içində olan, vətəndaşla özü arasında heç bir bürokratik əngələ imkan verməyən M.Sadıqov imkanı və səlahiyyətləri daxilində rayondakı problemlərin həllinə çalışır.
Bir vacib məqamı da unutmayaq ki, M.Sadıqov sakit alimlik həyatından od-alov içində olan bir rayona göndərilib. Mirdamət Sadıqov ölkə başçısının bu yüksək etimadını doğruldaraq İsmayıllıda odu söndürüb firavan həyatın əsasını qoydu və onun uğurlu fəaliyyətinin danılmaz nəticələrini görmək üçün rayonda bir neçə saat olmaq da yetərlidir.
Biz Gunxeber.info olaraq İsmayıllıda inkişafı, qurub-yaratmaq eşqini, əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş tədbirləri gördük, məhz bu qəbildən olan müsbət tendensiyanı müşahidə etdik.
Gunxeber.info
COMMENTS