İsmayıllı təhsilində qanunsuz əməlləri kimlər himayə edir?

İsmayıllı təhsilində qanunsuz əməlləri kimlər himayə edir?

Dosye.org xəbər verir ki, İsmayıllı rayonundan azərinfo.az saytına maraqlı məktub daxil olub.Rayonda təhsil sahəsində çalışan və uzun illər ərzində bu sektorda əldə olunan uğurlarda əməyi olan şikayətçi yazır.

İsmayıllı rayonunda fəaliyyət göstərən UGİM-də baş verən özbaşınalıqlar barədə ətraflı məlumat.
Yəni bu təhsil idarəsinin rəhbəri Anar Abbasov haqqında,onun qanunsuz əməlləri,bir ziyalıya yaraşmayan davranışları barəsində bəhs etmək istəyirəm.Bu adamın şəxsi keyfiyyətləri yoxdur ki, belə bir təhsil sahəsinə rəhbərlik etsin.Bu adam bank işçisi olub və bazar düşüncəlidir.Çox biabırçılıqdır.İsmayılli təhsili həmişə respublika səviyyəsində qiymətləndirilib, ancaq belə şəxslər hansısa əyri yollarla rayon təhsilinə soxula biliblər.Reallıq budur ki, hazırda həmin qurumun istənilən qədər qeyri-qanuni işləri meydana çıxıb.Ancaq təəssüf ki,həm təhsil şöbəsinin müdiri,həm də rayon prokurorluğu baş verənlərdən xəbərdar olsalar belə susurlar.
İndi sizə bəzi faktlar barəsində bilgiləri təqdim edirəm.
Anar Abbasov bu müəssisəyə direktor vəzifəsinə gələn gündən bu günə qədər tam olaraq özünə yaxın bir neçə nəfəri çıxmaq şərti ilə qalan pedaqoji işçilərin vəziyyəti olduqca acınacaqlıdır.Hamı susur, ona görə ki,ya kiminsə xəbərsiz dərsi alınacaq,ya da ki, hansı aysa əmək haqqı yazılmayacaq.Bu belədir.
Deməli,bu idarədə dərs saatları orta məktəbdən fərqli olaraq,6,12,18 saat olmalıdır.Əlavə olaraq vəzifələr var.Metodist,təşkilatçı,katibə, xadimə və sairə.Bu idarədə 6 saatın qiyməti 1500 manatdan başlayır.Əgər adamın varsa bir az aşağı qiymətə də işə düzəlmək olar,gərək zəng oluna.Təbiidir ki,bir bank işçisinin birdən-birə təhsil sahəsində direktor təyinatı və özünün söylədiyi kimi,mən maşın alveri etmişəm, heç belə pul problemim olmayıb.

Nəzərinizə çatdırıram ki, təhsil haqqında müxtəlif qanunlar və maddələr var.İstər orta məktəbdə,istərsə məktəbdənkənar müəssisədə müəllim heyətinin dərs bölgüsü tam olaraq təmin olunandan sonra vəzifəli şəxslərə dərs verilə bilər.Çünki vəzifə üçün dövlət sənə pul verir.Əsas olaraq isə təhsil və staj nəzərə alınmalıdır.Ancaq bu idarədə tam tərsinədir.Məsələn, Cəbiyeva Mehriban-metodist və 12 saat dərs, Xalıqova Kifayət-təşkilatçı və 12 saat dərnək,Məmmədova Samirə- 18 saat dərnək.Ancaq ali təhsilli,uzun illərdir stajı olan şəxs və ya şəxslərin 6 saat dərnəyi var.
Ən acınacaqlı hal budur ki,əmək haqqı cədvəli işçi heyəti baxımından çoxdur.Biz o,işçiləri ancaq tədbirdən-tədbirə görürük.Hərdən iclaslara da gəlib, gedirlər.
İdarədə 2-ci,hətta 3-cü iş yeri olanlar var.Məsələn: Ağaməmmədov Eldar 2 saylı tam orta məktəbində 24 saat dərs, peşə məktəbi 6 saat dərs,UGİM 6 saat dərnək.Anar Abbasovun verdiyi cavablara görə əgər o, Eldar müəllimə 6 saat dərs verməsə onun həyat yoldaşı Səbinə xanım təhsil şöbəsində mühasibdir,onda sözü gedən xanım idarənin əmək haqqı cədvəlində olan qeyri-qanuni göstərdiyi işçilərə maaş yazmayacaq.

ARDI VAR.

DOSYE.ORG

COMMENTS