İsmayıllıda dələduzluq edən” jurnalist” Ağdam rayonu ilə bağlı dez informasiya yayır

Son vaxtlar ölkə mətbuatında bəzi dələduzlar törədikləri əməllərə görə qınaq obiyektinə çevrilib. Bir qismi də  rayonlarda bələdiyyələri və icra nümayindələri hədələyərək öz qara əməllərini həyata keçirir.

 

Dosye.org-a İsmayıllı rayonundan maraqlı informasiya daxil oldu. Belə ki, özünü ” Müstəqil Respublika” qəzetinin əməkdaşı kimi təqdim edən Əbulfət Sədi oğlu hədəqorxu yolu ilə  kənd bələdiyyəsindən pul tələb edən zaman İsmayıllı rayon polis əməkdaşları tərəfindən saxlanılmışdır. Günahlarını etiraf etdikdən sonra ona xəbərdarlıq edilərək sərbəst buraxılıb. Bunlardan əlavə yük maşınların qarşısını kəsərək özünü “jurnalist” kimi təqdim edib. Və yük maşınını idarə edən sürücüdən pul tələb edib. Elə bu minvalla qazanc əldə etmək eşqinə düşüb. Sonradan məlum olmuşdur ki, dırnaq arası jurnalist əslən Ağdam rayonundandır. 

 

Başqa bir məlumatda bildirilir ki, qəzet əməkdaşı Əbulfət Sədi oğlu Ağdam İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədov haqqında həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatları birbaşa saytlara 5-10 manat müqabilində “barter” edirmiş. Rayondan verilən son məlumatlarda o da vurğulanır ki, dələduz “jurnalist” qəzetdə Ağdam rayonu haqqda tərif dolu material hazırlayıb, idarə və müəssələrə 5 manata satır. Əməlləri ilə özünü ifşa edən Əbulfət Sədi oğlu şikayətlər əsasında rayondan qovularaq uzaqlaşdırılıb. 

 

Dosye.org bir daha rayon rəhbərliklərinə, habelə idarə, müəssisə, təşkilat və başqa qurumların nəzərinə çatdırır ki, özünü ” Müstəqil Respublika” qəzetinin əməkdaşı kimi təqdim edən Əbulfət Sədi Oğlunun hədə və tələbləri haqda hüquq mühafizə orqanlarına məlumat versinlər. Bizim araşdırmalarımız davam edir…

 

Dosye.org

COMMENTS