İsmayıllıda evdən oğurluq edən şəxs saxlanılıb

İsmayıllıda evdən oğurluq edən şəxs saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini evindən özünün olmadığı müddətdə oğurluq olması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan dosye.org-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən mirvari boyunbağının, qol saatının və digər əşyaların oğurlandığı müəyyən edilib.

Rayon Polis Şöbəsi və Kriminalistik Tədqiqatlar İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin əvvəllər də oğurluğa görə məhkum olunmuş rayon sakini Samir Əsədli olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı əşyaların bir qismi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı RPŞ-nin İstintaq Bölməsində S.Əsədli barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

DOSYE.ORG

COMMENTS