İsmayıllıda istirahət edən qadın hovuzda çimərkən öldü

İsmayıllıda istirahət edən qadın hovuzda çimərkən öldü

Sumqayıtdan İsmayıllıya istirahətə gedən qadın vəfat edib.

“Kriminalqafqaz”ın məlumatına görə, hadisə rayonunun Talıstan kəndində baş verib.

1975-ci il təvəllüdlü Sumqayıt sakini Səidə Süleymanova İsmayıllıda istirahət üçün kirayə ev tutub.

O, həmin evin həyətindəki hovuzda çimərkən qəflətən halı pisləşib.

47 yaşlı qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS